Hakimlərin Avropa Şurası və Avropa İttifaqı tərəfindən örnək
kimi dəyərləndirilən şəffaf seçimi nəticəsində Azərbaycanın hakim
korpusu 75 faiz yenilənib.
AzerTimes-ın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov
deyib.
“Məhkəmə infrastrukturunun müasirləşdirilməsi və hi-tech
məhkəmələrin yaradılması daim diqqətimizdə saxlanılaraq Dünya
Bankının iştirakı ilə paytaxtda və bölgələrdə 35, o cümlədən təkcə
ötən ildə 11 məhkəmə üçün yeni, müasir bina və komplekslər
istifadəyə verilib, onlar “Elektron məhkəmə” sistemi ilə təchiz
olunub.
Yeri gəlmişkən, Azərbaycanda tətbiq edilən elektron məhkəmə
sistemi məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsində və
şəffaflığın artırılmasında mühüm rol oynayır.
Bildirməliyəm ki, bu sahədə islahatlarımız beynəlxalq maraq
doğuraraq təqdir edilmiş, Dünya Bankının müxtəlif nominasiyalarına,
Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” mükafatına layiq
bilinib”,- nazir deyib