Azərbaycanın gənc cüdoçuları Avropa kubokunu 8 medalla başa vurublar

Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışını
Azərbaycan komandası 8 medalla başa vurub.

Trend xəbər
verir ki, turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil
edib. Yarışın ikinci günü komandamızın üzvləri üçün daha uğurlu
olub. Belə ki, təmsilçilərimiz İsmayıl Zamanov (81 kq) və Vüqar
Talıbov (90 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən
yüksək pilləsində qərarlaşıblar. Ömər Rəcəbli (81 kq), Ruslan
Nəsirli (100 kq), Kənan Nəsibov (+100 kq) isə bürünc medal
qazanıblar.

Qeyd edək ki, turnirin birinci günündə təmsilçilərimiz Turan
Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda
uduzaraq gümüş medala sahib olublar, Qasım Vəlizadə (66 kq) üçüncü
yeri tutub.

Beləliklə, komandamız 2 qızıl, 2 gümüş, 4 bürünc medalla ümumi
hesabda 4-cü yeri tutub.

İki gün davam edən turnirdə 15 ölkədən 300-dən çox idmançı
mükafatlar uğrunda mübarizə aparıb.

Teqlər: