Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün
növbəti oyununu keçirib.
Trend xəbər verir ki, Milan Obradoviçin yetirmələri Estoniya
komandası ilə üz-üzə gəlib.
Matç Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutub. Rəqiblərinə
heç bir şans verməyən azərbaycanlı futbolçular 3-0 hesabı ilə
qələbə qazanıblar. Millimizin heyətində 44 və 66-cı dəqiqələrdə
Musa Qurbanlı, əsas vaxtın bitməsinə 2 dəqiqə qalmış isı Abdullah
Xaybulayev fərqləniblər.
Bununlada Azərbaycanın futbol üzrə U-21 yığması AVRO-2023 seçmə
mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb. Millimiz yeddi
oyundan sonra 4 xalla altı komanda arasına 5-ci pillədə
qərarlaşıb.