Azərbaycanın “Eurovision 2022” təmsilçisi İtaliyada ilk məşqini edib (FOTO/VİDEO)

Azərbaycanın “Eurovision 2022” təmsilçisi Nadir Rüstəmli
İtaliyada PalaOlimpico səhnəsində ilk məşqini edib.

AzerTimes-ın məlumatına görə,
Azərbaycan təmsilçisinin səhnə dekorasiyası nərdivan şəklində
platformadan ibarətdir. Eyni zamanda maraqlı işıq effektləri səhnə
nömrəsini daha güclü edir.

Qeyd edək ki, Azərbaycanın “Avroviziya-2022″də təmsil edəcək
Nadir Rüstəmli müsabiqədə “Fade To Black” mahnısı ilə çıxış
edəcək.

“Avroviziya-2022” mahnı müsabiqəsi Turində (İtaliya)
keçiriləcək, yarımfinal 10 və 12 mayda, final mayın 14-də
keçiriləcək. “Avroviziya-2022″nin şüarı “The Sound of Beauty”dir
(“Gözəlliyin Səsi”).

Nadir Rüstəmli ikinci yarımfinalın birinci hissəsində çıxış
edəcək. “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycan nümayəndə
heyətinə bəstəkar və prodüser İsa Məlikov rəhbərlik edəcək.

Teqlər: