Azərbaycanın əsas xarici ticarət tərəfdaşları məlum olub

Azərbaycanın əsas xarici ticarət tərəfdaşları məlum olub.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, Dövlət Gömrük
Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət
dövriyyəsinin 36,3 faizi İtaliya, 13,2 faizi Türkiyə, 5,8 faizi
Rusiya, 4,4 faizi Çin, 3,7 faizi Ukrayna, 3,6 faizi Portuqaliya,
3,1 faizi İsrail, 2,6 faizi Yunanıstan, 2,4 faizi Gürcüstan, 2,3
faizi Tailand, 2,2 faizi Almaniya, 1,7 faizi Qazaxıstan, 1,6 faizi
Birləşmiş Krallıq, hər biri 1,3 faiz olmaqla Rumıniya və Hindistan,
hər biri 1,1 faiz olmaqla İran, Tunis və İspaniya, 11,2 faizi isə
digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına
düşüb.

Teqlər: