Xəbər - Elçin Mehdiyev – Trend:
2021-ci ilin yanvar-mart aylarında Azərbaycanın məhsul ixrac və idxal etdiyi əsas ölkələr məlum olub.
AzerTimes-ın məlumatına görə, qeyd olunan müddət ərzində ixracın 35,5 faizini İtaliyaya, 17,9 faizini Türkiyəyə, 8,4 faizini Hindistana, 6,3 faizini Gürcüstana, 4,4 faizini İspaniyaya, 3,3 faizini Rusiyaya, hər biri 3,0 faiz olmaqla İsrail, Portuqaliya və Ukraynaya, 2,8 faizini Çinə, 2,1 faizini Birləşmiş Krallığa, 1,9 faizini Belarusa, 1,5 faizini Xorvatiyaya, hər biri 1,1 faiz olmaqla İsveçrə və Almaniyaya, 4,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32,5 faiz), Rusiyaya (25,9 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (7,6 faiz), ABŞ-a (3,7 faiz), Çinə (2,3 faiz), Belçikaya (1,8 faiz), Türkmənistana (1,6 faiz), Ukraynaya (1,5 faiz), Almaniyaya (1,3 faiz), İtaliyaya (1,3 faiz), İrana (1,1 faiz), Qazaxıstana (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,8 faizi Rusiya, 15,0 faizi Türkiyə, 12,3 faizi Çin, 7,3 faizi Almaniya, 4,6 faizi ABŞ, 3,9 faizi Ukrayna, 3,8 faizi İran, 3,2 faizi İtaliya, 3,0 faizi Birləşmiş Krallıq, hər biri 1,8 faiz olmaqla Koreya və Yaponiya, 1,6 faizi Braziliya, 1,5 faizi Hindistan, hər biri 1,4 faiz olmaqla Fransa və Norveç, 19,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
Twitter: @ElchinMehdiyev