Azərbaycanın Ermənistandan təzminat tələb etmək haqqı var – İƏT QƏTNAMƏSİ

Pakistan İslam Respublikasının İslamabad şəhərində İslam
Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ)
“Birlik, ədalət və inkişaf naminə tərəfdaşlığın qurulması”
mövzusunda 48-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı
təcavüzü və Xocalı ilə bağlı qəbul edilmiş 4 qətnamədən biri –
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü
nəticəsində Azərbaycanın ərazilərində İslam tarixi və mədəni
ziyarətgahlarının dağıdılması və təhqir edilməsi”dir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzerTimes-a verilən məlumata
görə, qətnamədə işğal dövründə Azərbaycan ərazilərindəki İslam
tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan
edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi,
eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi
qətiyyətlə pislənilib, yenicə azad olunmuş ərazilərdə yerləşən
məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə
qınanılıb.

Həmçinin qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat
tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti
təsdiq olunub.

Teqlər: