Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik – Bişkek

Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik – Bişkek

Qarabağda baş vermiş hadisələrlə əlaqədar olaraq Qırğız Respublikası bir daha Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirir.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğız Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn fundamental prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır”, – nazirlik qeyd edib.

Teqlər: