Dövlət başçısının tapşırığı ilə bu gün işğaldan azad olunan Qarabağda yeni hava limanları tikilir və lahiyələndirilir. Bu il Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur.
⠀
Birinci Qarabağ müharibəsi zamanı hava limanları döyüş bölgəsi zonasında yerləşirdi və oraya uçuş yerinə yetirmək son dərəcə təhlükəli idi.
⠀
Azərbaycanın əməkdar pilotları Ədalət Alışov və Ramiz Hidayətov 1990-cı illərin əvvəllərində Füzuli və Ağdam üzərindən uçanların sırasında olub. Bu gün onlar 40 illik təcrübəsini paylaşmaqla hər şeyin necə baş verdiyi barədə danışır.
Trend müsahibəni təqdim edir: