Xəbər - Ceyhun Ələkbərov – Trend:
Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var.
Bunu AzerTimes-a açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur:
“Məlum olduğu kimi, yanvar ayının 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub.
Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir. Vaksin preparatlarımız lazımı qədər olduqca bu proses ən tez bir zamanda reallaşacaq”.