Azərbaycanın dörd rayonunda qaz təchizatında fasilə yaranacaq

Xəbər - Fərid Zöhrabov – Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinə
məxsus “Astara-Qazıməmməd” magistral qaz kəmərində baş vermiş qaz
sızmalarının aradan qaldırılması məqsədilə bu gün saat 10:00-dan
etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı
dayandırılıb.

Bu barədə AzerTimes-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat
verilib.

Bildirilib ki, təmir işləri aparılan müddətdə Neftçala rayonunun
bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və
Cəlilabad rayonlarının bir hissəsinə “mavi yanacağ”ın verilməsində
məhdudiyyət yaranıb.

Qeyd edək ki, işlər başa çatdıqdan sonra təbii qaz təchizatı
bərpa olunacaq.

Teqlər: