Azərbaycanın daxili dövlət borcu nə qədərdir?

Azərbaycanın daxili dövlət borcu nə qədərdir?

Bu il aprelin 1-nə Azərbaycanın birbaşa daxili dövlət borcunun məbləği 4 368,7 milyon manat təşkil edib.

AzerTimes xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 180,5 milyon manat və yaxud 4,3 % çoxdur.

Nazirlik artımı daxili dövlət borcalmasının məbləğinin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi ilə izah edib.

Teqlər: