Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma ixrac etməyə icazə verilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti avqustun 10-dan etibarən Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.

Trend-in məlumatına görə, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkədə alma yetişdirən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatlarının təhlili əsasında, habelə səlahiyyətli şəxslərin zəmanəti ilə verilib.


Xatırladaq ki, Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ötən ayın sonunda Azərbaycandan 187 müəsssisəyə pomidor tədarük etməyə icazə vermişdi.

Teqlər: