Ölkən cənubunda zəlzələ oldu

Ölkən cənubunda zəlzələ oldu

Azərbaycan ərazisində zəlzələ olub.  

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ bu gün (28 iyun) saat 09:41-də Lənkərandan 26 km şimal-qərbdə – Masallı qeydə alınıb.

Maqnitudası 3.0 olan, 24 km dərinlikdə baş verən yeraltı təkan hiss olunmayıb.