Azərbaycanın cənub rayonları – Astaradan Bakının girişinə qədər İran radio dalğalarının təsiri altındadır.
AzerTimes xəbər verir ki, bu barədə jurnalist Elçin Zahiroğlu video paylaşıb.
O bildirib ki, 106.3 FM dalğasında bütün yol boyu İran radiosu səslənir.
Qeyd edək ki, bu problem uzun müddətdir mövcuddur, cənub bölgəsində İran televiziya kanallarının dalğaları da böyük ərazidə yayılır, Rabitə və İnformasiya Nazirliyi isə bunun qarşısını ala bilmir.