Büdcə Məcəlləsinin hazırlanması üzərində iş gedir.
AzerTimes xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında “Büdcə sistemi haqqında” və “Dövlət borcu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.
S.Şərifov bildirib ki, millət vəkillərinin də tövsiyələrinə uyğun olaraq Büdcə Məcəlləsi hazırlanır və bu, müəyyən vaxt aparacaq.
“Hazırda isə Vətən müharibəsində qazanılan Zəfərin yaratdığı reallıqlar və müasir dövrün çağırışları kontekstində, o cümlədən mövcud qanunvericiliyə uyğun təklif olunan bu dəyişikliklərin qəbulu aktualdır”, – deyə nazir qeyd edib.