Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümü Şuşada qeyd ediləcək

Azərbaycanın BMT-yə üzv qəbul edilməsinin 30-cu ildönümü BMT
institutları ilə Şuşada qeyd ediləcək.

AzerTimes-ın məlumatına görə,
bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında
bildirib.

“Biz Azərbaycanda akkreditasiyadan keçmiş BMT ailəsi ilə Şuşaya
səfər etmək üçün Xankəndi adı verilmiş təyyarə ilə Füzuli
aeroportuna uçuruq. Azərbaycanın BMT-yə qəbul edilməsinin 30-cu
ildönümü BMT institutları ilə Şuşada qeyd ediləcək. BMT bayrağı
azad edilmiş Şuşada dalğalandırılacaq”, – H.Hacıyev yazıb.

Teqlər: