“Laçın” postunun bir neçə metrliyində Azərbaycan Dövlət Sərhəd Xidməti hərbçilərinin Qurtuluş Günündə bayrağımızı ucaltmasına qarşı təxribat həyata keçirən və hərbçimizi yaralayan, daha sonra ikinci dəfə bayrağın asılması mərasimini müşayiət edən rus sülhməramlıları da atəşə məruz qoyan ermənilər nəticələrlə qarşılaşandan sonra müzakirələri genişləndiriblər.
AzerTimes xəbər verir ki, insidentin ardınca iki erməni snayperin zərərsizləşdirilməsi, sonra isə təxribatın günahkarlarının tapılmasına qədər “Laçın” sərhəd-buraxılış məntəqəsinin bağlanıldığının elan olunması erməniləri “daha dərindən” düşünməyə vadar edib və video-analizlər başlayıb.
Qeyd edək ki, rus sülhməramlıların və azərbaycanlı sərhədçilərin atəşə tutulması videosunu ermənilər özləri “fəxrlə” yaymışdılar.
“Hraparak” nəşri guya azərbaycanlı hərbçinin yaralanmasının “yalan olduğunu” iddia edəndən sonra Həkəri körpüsünün bir hissəsinin Ermənistana məxsus olması gərəkdiyini (!) bildirib. Ancaq qeyd edib ki, Azərbaycan körpünü tikəndə və post qoyanda Ermənistan sərhədin hardan keçdiyi haqda dəqiqləşmə aparmayıb:
“İkincisi, videoda aydın görünür ki, Ermənistanın çəkdiyi yol ilə körpü arasında bir neçə metr (asfaltlanmamış) torpaq sahəsi var. Sanki ikitərəfli qəbul edilən neytral zonadır. Düşmən də həmin neytral zonaya çatmamış (öz tikdiyi körpünün başlanğıcında – red.) bayraq sancırdı. Azərbaycanlıları müşayiət edən rus sülhməramlılar buna görə ərazinin Azərbaycana aid olduğunu bildiriblər. Azərbaycanlılar gözləri önündə körpü tikdi, Ermənistan səsini çıxarmadı. Bəs, Nikol fikirləşmirdi ki, azərbaycanlılar körpü tikdikdən sonra tikdirdikləri körpünün başına Azərbaycan bayrağını da sancacaqlar?”