Xəbər - Sədrəddin Ağcayev – Trend:
Azərbaycanın azad edilmiş ərazilərində yaşıl zonaların yaradılması BMT-nin qlobal iqlim dəyişiklikləri ilə mübarizə proqramının tərkib hissəsidir.
Trend-in məlumatına görə, bunu bu gün ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı konfransı ərəfəsində Bakıda keçirilən tədbir zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi iqlim dəyişiklikləri ilə mübarizə sahəsində BMT ilə sıx əməkdaşlıq edir:
“İqlim dəyişiklikləri çox ciddi problemdir və Azərbaycanda özünü kəskin hava dəyişiklikləri şəklində göstərir”.
(Tərcümə: Orxan Nəbiyev)