Şuşa. Vüqar İmanov – Trend:
Azərbaycanın erməni işğalından azad edilmiş ərazilərində dağıntıların miqyası adamı həqiqətən şoka salır.
Bunu AzerTimes-a Macarıstanın “HIRtv” xəbər telekanalının beynəlxalq hadisələr şöbəsinin baş redaktoru Qabor Tot Azərbaycanın azad edilmiş ərazilərinə səfəri zamanı deyib.
O qeyd edib ki, azad edilmiş ərazilərə ilk dəfə səfər edib və Bakı ilə bu yerlərin arasındakı ziddiyyət çox böyükdür: “Əvvəlcə mən gözəl, müasir, təmiz şəhər olan Bakını və müasir tikililəri gördüm. Buraya gəldikdə isə biz dağıdılmış kəndləri gördük”.
Jurnalist Ermənistanın və Azərbaycanın müxtəlif dinlərin mədəni obyektlərinə fərqli yanaşması barədə danışıb: “Bu, əsl faciədir. Mən gördüm ki, bu torpaqlardakı kilsələr bərpa olunur, ona görə də ermənilərin etdikləri səhvləri Azərbaycanın təkrarlamadığını görmək xoş oldu. Ermənilərin müsəlman obyektləri ilə davrandığı kimi edib mədəniyyət obyektlərini dağıtmaq əvəzinə Azərbaycan onları bərpa edir. Bu, tamamilə fərqli yanaşmadır”.
O qeyd edib ki, Şuşada çoxsaylı boşaldılmış evlər var və ermənilər buranı tərk etməzdən əvvəl evləri yandırıb: “Ümid edirəm ki, üç onillik əvvəl bu şəhəri tərk etməli olmuş azərbaycanlılar buraya qayıdacaq. Erməni vandallığı, şübhəsiz, göz qabağındadır. Şəxsən mənim gördüklərim, həqiqətin məni şoka saldı”.
(Tərcümə: Orxan Nəbiyev)