Xəbər - Ceyla Əliyeva – Trend:
Azərbaycana səfər azad edilmiş əraziləri ziyarət etmək üçün gözəl imkandır.
Trend-in məlumatına görə, bunu pakistanlı jurnalist Maktum Şahabuddin deyib.
O bildirib ki, Azərbaycanın azad edilmiş əraziləri barədə çox eşidib və buraları görməkdən məmnun olacaq.
Qobustan dövlət tarixi-bədii qoruğu haqqında danışan jurnalist qeyd edib ki, bura böyük mədəni irsi olan heyranedici yerdir:
“Min illər əvvəl insanların necə yaşadığını öyrənmək çox xoşdur”.
(Tərcümə: Orxan Nəbiyev)