Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir – Ekspert

Xəbər - İlhamə İsabalayeva – Trend:

Azərbaycanın avtomobil parkı kifayət qədər köhnədir. Avtoparkın təxminən 80 faizinin buraxılış ilindən 10 il keçmiş, beşdə-biri yaşı 30 ildən çox olan avtomobillərdir.

AzerTimes-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səttarzadə bildirib.

R.Səttarzadə avtomobillərin sayının getdikcə artığını söyləyib.

Nazirlik rəsmisi atmosfer havasının əsasən nəqliyyat vasitələrinin hərəkəti nəticəsində çirkləndiyini söyləyib: “Bunun aradan qaldırılma yollarından biri də avtoparkın yenilənməsidir. Köhnə avtomobillərin istehlakı sahəsini yavaş-yavaş azaldılması sahəsində işlər görülməlidir”.

Teqlər: