Azərbaycanın alternativ enerjinin inkişafı üçün 27,7 min meqavatı ötən əhəmiyyətli bir potensialı var ki, bu da gələcəkdə 62,8 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.
Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGIMO) Beynəlxalq Enerji Siyasəti və Diplomatiya İnstitutunun direktor müavini, MGIMO Davamlı İnkişaf Mərkəzinin eksperti İqbal Quliyev AzerTimes-a bildirib.
Mütəxəssis qeyd edib ki, elektrik enerjisi istehsalı üçün bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi çərçivəsində CO2 (karbon dioksid) emissiyalarının azaldılması Azərbaycanın ekoloji imicini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq: “Qeyri-neft, “yaşıl” enerjinin inkişafı ilə əlaqədar yanacaq-enerji kompleksində əhəmiyyətli struktur dəyişiklikləri baş verir. Karbohidrogenlərin ixracından əldə olunan gəlirlərin azalması dövrü bərpa olunan enerjinin aspektlərini prioritetləşdirmək üçün əlavə ilkin şərtlər yaratdı və bu da gələcəkdə əlavə karbohidrogen ixracının həcminin formalaşmasına kömək edəcək”.
Onun sözlərinə görə, CO2 tullantılarının azaldılması investorları yeni enerji layihələrinə cəlb edəcək və bu da milli yanacaq-enerji kompleksinin investisiya potensialını əhəmiyyətli dərəcədə artıracaqdır: “Azərbaycanın alternativ enerjinin inkişafı üçün 27,7 min meqavatı ötən əhəmiyyətli bir potensialı var ki, bu da gələcəkdə 62,8 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək. Azərbaycanda bərpa olunan enerji potensialının əsas payı günəş enerjisinə düşür – 23.040 meqavat. Külək enerjisi potensialı 3000 meqavat, biokütlə – təxminən 380 meqavat, geotermal enerji – 800 meqavatdan çox, kiçik su elektrik enerjisi – 520 meqavat təşkil edir”.
Ekspert vurğulayıb ki, sabit iqtisadiyyat, əlverişli investisiya mühiti və işgüzar mühitin inkişafındakı mühüm uğurlar bərpa olunan enerji sahəsində perspektivli meqa layihələrin həyata keçirilməsində iştirak etməyə hazır olan dünyanın ən böyük investorlarını Azərbaycana cəlb etdi: “On iki əsas enerji şirkəti – BP (Böyük Britaniya), Masdar (BƏƏ), ACWA Power (Səudiyyə Ərəbistanı), Total Eren (Fransa), Equinor (Norveç), Quadran International (Fransa), Tekfen İnşaat (Türkiyə), Al-Matub (BƏƏ) )), Mitsui & Co (Yaponiya), Lucia Holding (Fransa), Ansalgo Energia (İtaliya) və Avelar Solar Technology (Rusiya) Azərbaycanla qarşılıqlı anlaşma və əməkdaşlıq sənədləri imzaladılar, ölkənin Enerketika Nazirliyi isə onlarla aktiv şəkildə qarşılıqlı əlaqə qurdu”.