Azərbaycanın “ağıllı” layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq

Xəbər - Sədrəddin Ağcayev, tərcümə Orxan Nəbiyev – Trend:

Azərbaycanın “Ağıllı şəhər” layihələrinin reallaşdırılmasında təcrübəsi Belarusda “Ağıllı dayanıqlı şəhərlər: inkişafın təşkilati və texniki aspektləri” tədbirində təqdim olunacaq.

Trend bu barədə Belarusun Rabitə və Kommunikasiya Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, nazirliyin təşkil etdiyi tədbirdə “ağıllı” dayanıqlı şəhərin qurulması yolları və bu sahədə təcrübə təqdim olunacaq.

Tədbirdə Azərbaycanla yanaşı, Rusiya və Ukraynadan mütəxəssislər iştirak edəcək.

Teqlər: