Azərbaycanın 50-yə yaxın müharibə əlili Türkiyəyə səfər edib (FOTO)

“YAŞAT” Fondu və Azərbaycan Əlil Arabasında Qılıncoynatma
Federasiyası “Çiyin-çiyinə bir yumruq kimi” layihəsini
reallaşdırır.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyindən AzerTimes-a verilən məlumata görə, 12 may
tarixində 50-ə yaxın müharibə əlili Türkiyənin Alanya şəhərinə
səfər edib.

Məqsəd “YAŞAT” Fondunun və “Azərbaycan Hava Yolları” QSC-nin
dəstəyi , Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının
(ƏAQF) və “Alanyaspor” futbol klubunun birgə təşkilatçılığı ilə
reallaşdırılan “Çiyin-çiyinə bir yumruq kimi” layihəsində
iştirakdır.

19 may tarixinə qədər davam edəcək layihə çərçivəsində
qazilərimizin “Alanyaspor” futbol klubunun prezidenti ilə görüşü,
həmçinin şəhərin müxtəlif tarixi və mədəni yerləri ilə tanışlığı
nəzərdə tutulur. Qeyd olunan müddətdə mədəniyyətlərin və
təcrübələrin mübadiləsi məqsədi ilə müxtəlif tədbirlər təşkil
olunacaq.

Səfər çərçivəsində qazilərimiz “Alanyaspor-Qaziantepspor” futbol
maçını canlı izləmək imkanı əldə edəcəklər.

Teqlər: