

İyunun 2-də İran Telekommunikasiya Şirkətinin Təbriz, Urmiya və Zəncan şəhərindəki təqaüdçüləri yenidən ənənəvi həftəlik etiraz aksiyası keçiriblər.
AzerTimes xəbər verir ki, bu barədə işçi hərəkatı fəalları məlumat yayıb.
Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər.