Azərbaycanın 28 müəssisəsindən Rusiyaya alma tədarükünə icazə verilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya fevralın 8-dən etibarən Azərbaycanın 28 müəssisəsindən alma idxalına icazə verib.

AzerTimes-ın məlumatına görə, bu barədə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidmətinin bəyanatında deyilir.

Qeyd olunur ki, idxal məhdudiyyətinin aradan qaldırılması barədə qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təqdim etiyi analiz məlumatları əsasında verilib. Almaların idxalı prosesi Agentliyin təminatı ilə həyata keçiriləcək.

Əvvəlki icazələr də nəzərə alınmaqla ümumilikdə Azərbaycanın 38 müəssisəsindən Rusiyaya alma idxalı mümkün olacaq.

Teqlər: