Azərbaycanın 2022-2030 illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb – Mikayıl Cabbarov

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Hazırda Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni inkişaf mərhələsinə daxil olur. Bu istiqamətdə Azərbaycanın 2022-2030 illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanıb.

AzerTimes-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, karantin rejiminin əhəmiyyəti dərəcədə yumşaldılması və iqtisadi artımın yüksəlməsi şəraitində ÜDM-in artım dinamikasında müsbət meyillər güclənməkdədir.


“Qarşımızda iqtisadi artımın daha dayanıqlı hala gətirilməsi, milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi ümdə vəzifələr durur. Bunun üçün müvafiq qurumlar arasında məhsuldar müzakirələr keçirilib” – deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, büdcədə ölkədə sosial tədbirlərin həyata keçirilməsi tədbirləri nəzərdə tutulur.

Teqlər: