Ötən il Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 3,1 milyard dollar təşkil edib.
AzerTimes xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Statistika Departamentinin direktoru Samir Nəsirov tədiyyə balansına həsr olunan brifinqdə deyib.
“Azərbaycandan pul köçürmələrinin həcminə görə ilk üçlükdə Türkiyə (1,8 milyard dollar), ABŞ (311 milyon dollar) və Böyük Britaniya (157 milyon dollar) olub”, – department direktoru vurğulayıb.