Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası yola salınıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Feysbuk hesabında yazıb.
“Növbəti humanitar yük Ukraynaya yola düşür – Xerson Onkoloji Xəstəxanası üçün generator avadanlığı və 600 kq tibbi yardım dəsti”, – Kanevski qeyd edib.