Bu gün Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.
AzerTimes xəbər verir ki, bunu Energetika Nazirliynin Elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri Ələsgər Həsənov bildirib.
Onun sözlərinə görə, bu gün Ukraynaya göndərilən yardımın ümumi dəyəri 1,5 milyon manatdan çoxdur:
“Bura digər xərclər – malların çatdırılması, ödəniləcək vergilər də daxildir. Yardım Ukrayna tərəfinin istəyi əsasında onların zəruri ehtiyac hiss elədiyi şəhərlərə göndərilir”.