Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndəriləcək

Bu gün Azərbaycandan növbəti dəfə Ukraynaya qida məhsulları,
dərman və tibbi ləvazimatdan ibarət humanitar yardım
göndəriləcək.

Trend xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı
Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.

Təyyarə saat 09.00-da havaya qalxacaq.

Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti
İlham Əliyevə və xalqına təşəkkür edib.

Teqlər: