Azərbaycandan Ukraynaya elektrik avadanlıqları göndərildi

Azərbaycandan Ukraynaya elektrik avadanlıqları göndərildi

Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya yola düşüb.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski sosial şəbəkə hesabında yazıb.

Səfir qeyd edib ki, humanitar yük transformatorlar və kabel avadanlıqlarından ibarətdir. Bu yardım ən çox ehtiyac duyulan bölgələrə dərhal paylanılacaq.

V.Kanevski əlavə edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin ayırdığı 7,6 milyon ABŞ dolları məbləğində vəsait çərçivəsində humanitar yardımın daha bir partiyasıdır.

Teqlər: