Azərbaycandan Türkiyəyə qaz ixracı artıb

2020-ci ilin oktyabrında Azərbaycandan Türkiyəyə təbii qaz ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 18,33 faiz artıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarlarının Tənzimlənməsi İdarəsi məlumat yayıb.

Hesabat dövründə Rusiyadan Türkiyəyə qaz ixracı 2,045 milyard, Azərbaycandan 1,102 milyard, Əlcəzairdən 518 milyon kubmetr təşkil edib.

Oktyabrda Rusiyadan Türkiyəyə qaz ixracı 50,62, Azərbaycan və Əlcəzairdən isə müvafiq olaraq 18,33 və 12,83 faiz artıb.

2020-ci ilin oktyabrında Türkiyə 3,245 milyard kubmetr təbii qazı boru kəmərləri ilə idxal edib, 795,46 milyon kubmetr qaz isə mayeləşdirilmiş təbii qaz qismində alınıb.

www.yenicag.az

Teqlər: