Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı üçün imkanlar yaxşılaşır – Səfir

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı üçün imkanlar yaxşılaşır.

Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün Bakıda “Ağıllı şəhər” infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.

“Koronavirus pandemiyası bizim iqtisadi münasibətlərimizi bir qədər məhdudlaşdırsa da, biz artıq müsbət nəticələrə, üç milyard dollar səviyyəsinə çatmışıq. Ticarət dövriyyəsi əsasən qeyri-neft sektorunda reallaşır. Həmçinin, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı üçün imkanlar yaxşılaşır”, – deyə səfir bildirib.

Onun sözlərinə görə, Azərbaycanın biznes üçün əlverişli şərait yaradılıb.


“Azərbaycan və Rusiyanın iqtisadi orqanlarının sıx əməkdaşlığı davam edir. Rusiya səfirliyi, ticarət nümayəndəliyi rusiyalı sahibkarlara Azərbaycanda zəruri dəstəyi göstərməyə hazırdır”.

(Tərcümə: Orxan Nəbiyev)