Azərbaycandan Rusiyaya ixracda kəskin artım

Azərbaycandan Rusiyaya ixracda kəskin artım

2024-cü ilin əvvəlindən bəri Azərbaycandan Rusiyaya xurma ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 71,3 faiz artıb.

AzerTimes xəbər verir ki, bu barədə Ruisyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

“2024-cü ilin əvvəlindən Rusiyaya Azərbaycandan 338,7 min ton meyvə-tərəvəz tədarük edilib ki, bu da 2023-cü ilin analoji dövrü üçün olan göstərici (352 min ton) ilə müqayisə oluna bilər. Eyni zamanda xurma tədarükü 71,3 % – 18,2 min tondan 31,2 min tona, nektarin 34,2 % – 14,1 min tondan 19 min tona, şaftalı 26,6 % – 13,7 min tondan 17,4 min tona, çiyələk 10,7 % – 17,6 min tondan 19,5 min tona, pomidor 9,7 % – 106 min tondan 116,2 min tona qədər artıb”, – “Rosselxoznadzor”un məlumatında qeyd olunub.

Statistikaya əsasən, Rusiyadan Azərbaycana ərzaq kartofunun ixracının həcmi xeyli artıb – 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə və 23 min ton təşkil edib. Soğan ixracı da 5,1 dəfə artaraq 7,7 min tona çatıb.

Teqlər: