Xəbər - Fidan Babayeva – Trend:
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti iyunun 15-dən başlayaraq Azərbaycanın 55 müəssisəsindən dəmir yolu ilə Rusiyaya alma və pomidor tədarükünə icazə verib.
AzerTimes-ın məlumatına görə, qərar Federal Xidmətin rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli arasında iyunun 10-11-də keçirilmiş danışıqların nəticələrinə əsasən qəbul edilib.
İyunun 15-dən etibarən Azərbaycanın pomidor istehsal edən 31 və alma istehsal edən 24 şirkətinə məhsul tədarükünə icazə verilib.
Malların daşınması fitosanitar sertifikatları ilə müşayiət olunan tam izlənmə ilə həyata keçiriləcək. Hər bir vaqonda bir istehsalçının yalnız bir növ məhsulunun nəqlinə icazə verilir.
Bu il oktyabrın 1-dən isə Azərbaycandan Rusiyaya alma və pomidorların konteynerlə daşınmasına başlamaq nəzərdə tutulur.
(Tərcümə: Orxan Nəbiyev)