Azərbaycandan qisas almaq istəsək… – Papoyan

Azərbaycandan qisas almaq istəsək… – Papoyan

Sülh müqaviləsi bağlamaq qisas istəyinin olmamasıdır. Əgər qisas olacaqsa, bəs sülh müqaviləsi nəyə lazımdır? Üstəlik, Ermənistanın güclənib uzunmüddətli dövlətçiliyə malik olmasında birbaşa yol qonşularla dialoqdan keçir.

AzerTimes xəbər verir ki, bunu hakim “Mülki müqavilə” fraksiyasının deputatı, Ermənistan parlamentinin maliyyə, kredit və büdcə məsələləri üzrə daimi komissiyasının sədri Gevorq Papoyan deyib.

“Sülh müqaviləsinə onların da, bizim də ehtiyacımız var. Müqavilənin imzalanmasından sonra Cənubi Qafqazda bütün səviyyələrdə inteqrasiyaya, təkcə sülh deyil, həm də iqtisadi əlaqələrin inkişafına, firavanlığa, həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq mühit görürəm. Ermənistan qisas almağa hazırlaşdığını bəyan edərsə, bu, ölkənin varlığını sonlandırmağa aparan birbaşa yol olacaq. İrəvanda belə əhval-ruhiyyəni, belə mövuzları qızışdıran xarici qüvvələr olacaq, çünki bu qüvvələrə Ermənistanın mövcudluğu lazım deyil. Biz üçüncü ölkələrin əlində alətə çevrilməməliyik”, – o bildirib.

Teqlər: