Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Ermənistanın Azərbaycandan qaz almasını müsbət hesab edirəm, bu məsələni müzakirə etməliyik. Hətta indi də Rusiyadan aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”, – Simonyan bildirib.