Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycandan növbəti qrup Ümrə ziyarətinə yola düşüb. Qrup 40-ə
yaxın zəvvar daxil olub.
Bunu AzerTimes-ın sualını cavablandırarkən Qafqaz Müsəlmanları
İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri
deyib.
O qeyd edib ki, mart ayında da ziyarət davam edəcək və növbəti
ay 10-17, 19-26 və 24-31 mart tarixlərində Ümrə ziyarətlərinin
həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Ümrə ziyarəti üçün qiymət təxminən 1440 dollar
təşkil edir. Ziyarət yerlərinə yaxın və daha rahat hotellərin daxil
edildiyi paketin qiyməti isə 1630 dollardır.