Azərbaycandan Naxçıvana avtomobil yolu açılır – İrəvan

Azərbaycandan Naxçıvana avtomobil yolu açılır – İrəvan

Azərbaycanın qərb rayonlarından Naxçıvana mümkün avtomobil marşrutu tranziti inkişaf mərhələsindədir.

AzerTimes xəbər verir ki, bu barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidməti yayıb.

“Sputnik” Ermənistan Milli Təhlükəsizlik Xidmətindən Azərbaycanla sərhəddə 3 sərhəd-keçid məntəqəsi açılacağı barədə 18 avqustda yayılan məlumata aydınlıq gətirilməsini istəyib. Belə ki, bu sərhəd-buraxılış məntəqələrinin açılmasını Milli Təhlükəsizlik Xidməti təklif edib.

Ermənistan MTX-dən bildirilib ki, layihəyə əsasən, açılacaq 3 sərhəd-buraxılış məntəqəsinin köməyi ilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil nəqliyyatının hərəkətini təmin etmək olacaq:

“Hazırda mümkün avtomobil marşrutları və prosedurlar üzərində iş gedir. Müvafiq qərarlar qəbul edildikdən sonra daha müfəssəl bilgi veriləcək”.

Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində bu sərhəd-buraxılış məntəqələrinin açılması təklif edilir:

– “Sotk”-“Kəlbəcər”, Göyçə rayonu/Kəlbəcər rayonu;

– “Arazdəyən”-“Sədərək” – Vedi rayonu/Sədərək rayonu

– “Qaraunc”-“Eyvazlı” – Zəngəzur rayonu/Qubadlı rayonu.

Teqlər: