Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə bu gün keçirdiyi təkbətək görüşdə Azərbaycandan həmin bölgəyə birbaşa aviareyslərin açılması müzakirə olunub.
AzerTimes xəbər verir ki, bundan başqa, görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.