Martın 29-da Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana köçürülən Sırkis Qalstyan casusluqda ittiham olunub.
AzerTimes erməni mediasına istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan deyib.
O bildirib ki, başlanmış cinayət işi çərçivəsində həmin şəxs casusluqda ittiham olunub, həbs qətimkan tədbiri seçilib:
“Hazırda ibtidai istintaqın maraqlarına əsaslanaraq, ətraflı məlumat verilə bilməz”.
Qeyd edilir ki, onun həyat yoldaşı Marqarita Şahnazaryan da Sərkis Qalstyanla Ermənistana köçüb.