Azərbaycandan ixracın birinci mərhələsində… – Prezident

Azərbaycandan ixracın birinci mərhələsində… – Prezident

Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq.

AzerTimes xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçirilən plenar iclasdakı çıxışında deyib.

Təkcə bir qlobal enerji şirkətinin Azərbaycanda 10 qiqavatlıq yaşıl enerjinin istehsalına investisiya qoymağı planlaşdırdığını qeyd edən dövlətimizin başçısı bildirib ki , 2 gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb:

“Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycandan ixracın birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaq”.

Teqlər: