Azərbaycandan heç bir təhlükə yoxdur – Paşinyanın silahdaşı

Azərbaycandan heç bir təhlükə yoxdur – Paşinyanın silahdaşı

Hazırda Azərbaycandan Ermənistana qarşı hər hansı müharibə təhlükəsi görmürəm.

AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bunu oktyabrın 23-də Nyus.am-ın müxbiri ilə söhbətində Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Xaçatur Sukiasyan deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq ictimaiyyətin tanıdığı və norma və tələb kimi qəbul etdiyi standartlara uyğun sülh istəyir. O, sülhün əldə olunacağına əminliyini ifadə edib.

Sukiasyan əlavə edib ki, regionda tədricən münasibətlər yaxşılaşmağa başlayır və bir-birinin suverenliyinə hörmət institutu formalaşır.

“Azərbaycan regionun dövlətlərindən biridir. Azərbaycanın rəsmi bəyanatlarında “ərazi bütövlüyü və suverenlik” anlayışı var. Eyni zamanda digər dövlətlər – İran, Türkiyə, Gürcüstan, Ermənistan da bunu açıq şəkildə bildirirlər”, – deputat vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan özünə gəlməyə başlayır. “Əlbəttə, 2020-ci ildə çox böyük itkilərimiz oldu, lakin bundan sonra müəyyən ayıqlıq yarandı və Ermənistan öz texnologiyaları və şaxələndirilmiş iqtisadiyyatı ilə regionda tamamilə anlaşılan və məqbul oldu. Ermənistan bütün qonşu dövlətlərlə əməkdaşlıq etsə, çox ciddi iqtisadiyyata sahib olar. Deyəsən, biz buna doğru gedirik”, – deyə deputat yekunlaşdırıb.

Teqlər: