Azərbaycandan Gürcüstana pul köçürmələri azaldı

Azərbaycandan Gürcüstana pul köçürmələri azaldı

Bu ilin ilk beş ayında Azərbaycandan Gürcüstana 23,6 milyon ABŞ dolları məbləğində pul köçürülüb.

AzerTimes Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankından bildirilib.

Məlumata əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə köçürmələrin həcmində 11,8 milyon ABŞ dolları və yaxud 33,3 % azalma qeydə alınıb.

Yanvar-mayda Gürcüstandan Azərbaycana daxil olan pul köçürmələrinin həcmi isə 8,8 milyon ABŞ dolları təşkil edib. Bu, illik müqayisədə 1,9 milyon ABŞ dolları və yaxud 27,5 % çoxdur.

Teqlər: