Xəbər - Maryana Əhmədova – Trend:
2021-ci ilin oktyabrında Azərbaycandan Gürcüstana pul köçürmələrinin həcmi 7,1 milyon dollar təşkil edib və ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 milyon dollar çox olub.
Trend bu barədə Gürcüstan Milli Bankının hesabatına istinadən məlumat verir.
Eyni zamanda, bu ilin sentyabrı ilə müqayisədə bu göstərici 700 min dollar az olub.
Azərbaycan hesabat dövründə Gürcüstana pul köçürmələrinə görə ölkələr arasında 10-cu yerdə qərarlaşıb.
Ümumilikdə, 2021-ci ilin oktyabrında Gürcüstana 206,6 milyon dollar pul köçürülüb ki, bu da ötən ilin oktyabrı ilə müqayisədə 24,9 milyon dollar çoxdur.
(Tərcümə: Orxan Nəbiyev)