Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərildi

Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərildi

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir.

AzerTimes xəbər verir ki, bu gün 979 ton Aİ-92 markalı avtomobil yanacağı yüklənmiş 18 vaqondan ibarət qatar yanvarın 11-də Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Teqlər: