Xəbər verdiyimiz kimi, Türkiyədə prezident seçkilərinin 2-ci turu da başa çatıb.
AzerTimes xəbər verir ki, artıq xarici ölkələrdə verilən səslər də sayılmağa başlayıb.
Hazırda xaricdə verilən səslərin 7,74 faizi sayılıb. İlkin nəticələrə görə, Rəcəb Tayyib Ərdoğan 56,33%, Kamal Kılıçdaroğlu isə 43,67% səs toplayıb.
Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının səsləri isə belədir:
– Ərdoğana 78,38%,
– Kılıçdaroğlu 21,62% səs toplayıb.