Ərdoğan 44 günlük savaşda Azərbaycanın yanında dayanmış liderdir. Başqaları bir helikopter verməyəndə o, F-16-ları Azərbaycana göndərmişdi. Ərdoğan Azərbaycanın maraqlarına zidd addım atmadıqca hansısa azərbaycanlının onu tənqid edib aşağılaması əxlaqa və insanlığa zidd hərəkətdir.
AzerTimes xəbər verir ki, bu sözləri ƏHD sədri Qüdrət Həsənquliyev sosial şəbəkələrdə bəzi “radikal-demokratlar”ın ”Türkiyə Prezoidenti Rəcəb Tayyib Ərdoğanı Rusiyaya münasibətdə sərgilədiyi mövqeyə və Bəşər Əsədlə görüşmək istəyinə görə təhqir etməsinə cavab olaraq deyib.
“Xalqımız Ərdoğanı, Çavuşoğlunu və Hulusi Akarı hər zaman hörmətlə anmalı, onların adı Azərbaycanda əbədiləşdirilməlidir. Türkiyə böyük dövlətdir, biz onun daxili və xarici siyasətinə qarışmamalıyıq. Xalqın mandat verdiyi liderlər müəyyən edir ki, dövlətlərinin maraqları nəyi tələb edir. Ərdoğana hücum edənlərə, sadəcə, ayıb olsun”, – o bildirib.